"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Məhəllə komitələri seçicilərimizlə münasibətlərimizin “istiləşməsində” müsbət rol oynayır: BəLəDiYYə SəDRi YAZIR

--2017-10-30 / 19:22

Bu gün, möhtərəm Prezidentimiz ilham əliyevin rəhbərliyi ilə Azərbaycan daha bir tarix yazır, daha bir möhtəşəm uğura imza atır. icrasına 2007-ci ildə başlanılan Bakı-Tbilisi-Qars dəmir yolu xətti işə salınır. Regionda ən böyük nəqliyyat layihələrindən biri olan bu layihə Avropanı Asiya ilə birləşdirən dəmiryolu dəhlizi deməkdir...

icazə verin, bu münasibətlə, hər şeydən əvvəl, Azərbaycan vətəndaşı kimi sevincimi, eləcə də dövlətimizlə, möhtərəm Prezidentimiz, cənab ilham əliyevlə duyduğum qürur hissini sizinlə bölüşüm, xalqımızı, hər birimizi bu əlamətdar hadisə münasibətilə ürəkdən təbrik edim. Dövlətimiz, xalqımız, millətimiz üçün xeyirli olsun...

Qarşıdan isə Ulu öndərimiz Heydər əliyevin yaratdığı, bu gün Prezident ilham əliyevin rəhbərliyi ilə regionun ən güclü və nüfuzlu Partiyasına çevrilən, hər birimizin qəlbən, ruhən bağlı olduğumuz YAP-ın 25 illik yublieyi gəlir. Fürsətdən istifadə edib, bu münasibətlə də 700 mindən çox siyasi həmfikirlərimi təbrik edirəm...

Bəli, Azərbaycan sürətlə, uğurla inkişaf edir. Və mən hər dəfə çıxışlarımda ölkəmizlə həmahəng inkişaf edən Binəqədi rayonunda görülən işlərdən də fəxrlə danışıram.

Son vaxtlar rayonumuzda görülən abadlıq-quruculuq işləri yüksək səviyyəsi, özünəməxsusluğu ilə diqqəti çəkir. Bu, Prezident ilham əliyevin Azərbaycanın hər guşəsini abadlaşdırmaq, insanların rifahını yaxşılaşdırmaq, onlara daha çox diqqət göstərmək, onların xidmətində dayanmaq kimi sosial siyasətinə verilən töhfədir. Və bu proseslərin iştirakçısı olmaq bizim üçün böyük şərəfdir, həm də məsuliyyətdir...

Dövlətimizin başçısı hər bir vətəndaşın Prezidenti olduğunu, nöqsanlara qarşı barışmazlığını, dövlətin, xalqın mənafeyi naminə qanunun aliliyi prinsipini hər şeydən üstün tutduğunu bütün qərarları ilə təsdiq edir. Dəfələrlə söyləyir ki, “bizim siyasətimizin təməlində Azərbaycan vətəndaşı dayanır”. Möhtərəm Prezidentimiz ilham əliyevin bu fikirləri bizim üçün də bir proqram və göstərişdir...

***

Azərbaycanda artıq 10 ildir ki, “Yerli Demokratiya Həftəsi” keçirilir. Biz bələdiyyələr hər il bu tədbirlərə daha böyük diqqətlə yanaşır, fərqli layihələr həyata keçirməyə çalışırıq. Bu il “Yerli demokratiyanın inkişafı naminə vətəndaşların iştirakı, maarifləndirilməsi və öhdəlikləri” şüarı ilə keçirilən “Yerli Demokratiya Həftəsi”nə Binəqədi bələdiyyələri “Bələdiyyələr demokratik sistemin özəyi kimi” mövzusunda tədbirlə başlamağı qərara aldı.

Təqribən 3 il əvvəl seçicilər bizə inanaraq etimad göstərib, onlarla namizəd arasından bizə səs verib, bizi seçib. Bu seçimləri ilə həm də çiynimizə ağır və şərəfli bir məsuliyyət yükü qoyub. indiyədək bu etimadı doğrultmaq, bələdiyyələrin nüfuzunu artırmaq, fəaliyyətimizdə şəffalığı təmin etmək üçün yorulmadan çalışmışıq. “Yerli Demokratiya həftə”lərinin bu məqsədə çatmağımızda mühüm rolu var.

indi isə, icazənizlə, Bələdiyyəmizin fəaliyyət istiqamətləri, həyata keçirilən və görülməsi nəzərdə tutulan işlər barədə qısa məlumat vermək istərdim.

Konkret olaraq, 2017-ci ildə görülən işlərdən danışsaq, ilin 9 ayındakı fəaliyyətimizi uğurlu hesab etmək olar. Ümumiyyətlə, Binəqədi bələdiyyələri sakinlərə layiqincə xidmət göstərməyi əsas məqsəd kimi qarşıya qoyub. Toplanan torpaq və əmlak vergisini daha çox sakinlərin sosial problemlərinin həllinə yönəldirik. Görülən tədbirlər isə nəticəsiz qalmır.

Son 2  ildə rayon sakinlərinin Bələdiyyəyə müraciətlərinin sayı artıb. Vətəndaşlarla əlaqələrin möhkəmləndirilməsi, münasibətlərin yüksək səviyyədə qurulması böyük önəm kəsb edir. Bu məsələni hər zaman diqqətdə saxlamışıq. Rayon sakinləri, ağsaqqallar, ziyalılar, gənclərlə mütamadi olaraq görüşlər keçirilib. Sakinlərin Bələdiyyənin fəaliyyətini izləyə bilməsi, müraciətlərini Bələdiyyəyə gəlmədən belə bizə ünvanlaya bilməsi üçün FB sosial şəbəkəsində səhifə yaratmışıq. Həmin səhifədə izləyici sayının artırılması, məlumatların daha geniş auditoriyanı əhatə etməsi üçün çoxsaylı tədbirlər həyata keçirilib. Bələdiyyənin inzibati ərazisində “Bələdiyyə poçtu” qutuları quraşdırılıb, sakinlərin müraciətlərini anonim şəkildə ünvanlaması da təmin edilib. “Qaynar xətt” telefonu da fəaliyyət göstərir. Bütün bunlar bələdiyyə-vətəndaş, vətəndaş-bələdiyyə münasibətlərinin inkişafına və şəffaflığın artırılmasına xidmət edir.

Fəaliyyətimiz təkcə sosial layihələrlə bitmir. Möhtərəm Prezidentimiz ilham əliyevin məmurlardan tələbi budur: xalqın içində olun, insanlarla ünsiyyətdə olun, onları dinləyin, problemlərini həll edin. əhali ilə daha çox təmasda olmaq, onları dinləmək, problemlərini öyrənmək, onların həlli üçün çalışmaq bizim də əsas məqsədimizdir. Sakinlərlə təması gündən-günə daha da artırırıq. Bu istiqamətdə atılan addımlardan biri də Məhəllə komitələrinin yaradılmasıdır. Məlumdur ki, bələdiyyələr özünüidarəetmə prinsipi əsasında fəaliyyət göstərdiyinə görə demokratik üsullardan geniş istifadə etməlidir. Bu baxımdan, Məhəllə Komitələrinin fəaliyyəti mühüm əhəmiyyət kəsb edir. Onlar bələdiyyə ilə əhali arasında vasitəçi, körpü rolu oynayır.

Çalışırıq ki, Məhəllə Komitələrinin sədrləri və üzvləri əhali arasında yüksək nüfuza malik, fəal, tələbkar insanlar olsun, bələdiyyə ilə əhali arasında sıx əlaqələr yarada bilsinlər. Hazırda ərazimizdə 60-dan çox Məhəllə Komitəsi fəaliyyət göstərir. Bu komitələr seçicilərimizlə münasibətlərimizin “istiləşməsində” müsbət rol oynayır. Bələdiyyəmiz Məhəllə Komitələri ilə daim təmasda olur, onların təqdim etdikləri məlumatları, təklifləri nəzərdən keçirirək, müvafiq tədbirlər görür. Bu istiqamətdə işlərimiz uğurla davam etdirilir.

Binəqədi Bələdiyyələri “Demokratiya həftəsi”nə sizlərin iştirakı keçirilən ilə bu dəyərli tədbirlə start verir. əminəm ki, bu tədbir 5 gün boyunca keçiriləcək çoxsaylı layihələrin uğurlu başlanğıcı olacaq...

“Bizim siyasətimizin məqsədi ölkəmizi gücləndirməkdir, müstəqilliyimizi möhkəmləndirməkdir və dayanıqlı inkişafa nail olmaqdır. əlbəttə, məqsədimiz ondan ibarətdir ki, Azərbaycan vətəndaşı daha da yaxşı yaşasın. Yəni, biz bütün bu işləri onun üçün edirik ki, xalqımız daha da yaxşı yaşasın.

Amma insanların yaxşı yaşaması təkcə maddi tərəflə ölçülmür. Burada, əlbəttə ki, məmur-vətəndaş münasibətləri xüsusi yer tutur. Mən bu məsələ ilə bağlı öz fikirlərimi dəfələrlə demişəm, bu gün də deyirəm, bunu hər kəs bilsin, eşitsin və nəticə çıxarsın. Məmurlar xalq üçün yaşayırlar, əksinə deyil. Məmur xalqın xidmətçisidir, vətəndaşa xidmət, kömək göstərməlidir...” Biz bələdiyyələr bu haqlı tələbdən irəli gələn məsuliyyətimizi dərindən dərk edir, əhalinin rahatlığı naminə daha ciddi çalışmağa səy göstəririk. Ümumi işimiz seçicilərimizə nümunəvi xidmətə, sakin rifahına, vətəndaş-məmur münasibətlərinin inkişaf etdirilməsinə yönəlib.

 Ulu öndər Heydər əliyevin ideyalarından, cənab Prezident ilham əliyevin nümunəsindən güc alan fəaliyyətimizdə Sizlərin dəstəyi ilə daha diqqətçəkən uğurlar qazanmaq əzmindəyik. Bu yolda hər birimizə uğurlar arzu edirəm!

Sitarə Cabbarlı

Binəqədi bələdiyyəsinin sədri

(Yazı Binəqədi bələdiyyəsinin sədri Sitarə Cabbarlının  Binəqədi rayon bələdiyyələrinin birgə keçirilən toplantısındakı çıxışı əsasında hazırlanıb)

ŞƏRHLƏR